Dubay — dünyanın ən modern şəhərlərindən biri, eyni zamanda islami mədəniyyətin əsas qayda-qanunlarının hökm sürdüyü yer. Buradakı bir neçə vacib qayda haqqında məlumat var:
Geyim qaydaları
İctimai yerlərdə — alışveriş mərkəzləri, küçə, tarixi yerlər — örtülü geyim tövsiyə olunur. Çimərlikdə isə bikini tamamilə normaldır.
Valyuta
Rəsmi valyuta AED (Dirham)dir. 1 AED ≈ 0.46 AZN. Hər yerdə bank kartı qəbul edilir, ancaq kiçik məbləğlər üçün nağd əldə saxlamaq yaxşıdır.
Qaydalar
İctimai yerdə spirt içkisi içmək qadağandır. Ramazan ayında gündüzlər ictimai yerdə yemək-içmək hörmət əlaməti olaraq məhdudlaşdırılır.
Hava
Yay aylarında (iyun-sentyabr) istilik 45°C-yə çatır. Ən əlverişli vaxt — noyabr-aprel.