Avropa haqqında çox yayılmış bir stereotip var: "çox bahadır". Lakin düzgün planlamayla əslində büdcə əlverişli Avropa turu mümkündür.
Bilet məsələsi
Ryanair, Wizz Air kimi low-cost aviaşirkətlər Avropanın ən gözəl şəhərlərinə çox ucuz bilet təklif edir. 2-3 ay əvvəlcədən axtarın.
Hostel vs Otel
Gənc səyahətçilər üçün hostellar böyük qənaət imkanı yaradır. Booking.com-da yaxşı rəyli hostellar 15-25 €/gecəyə tapılır.
Yemək
Restoran yeməkləri bahadır. Yerli bazarlar, supermarketlər, ucuz cafe-lər daha sərfəlidir. Hər şəhərdə "student lunch" adlanan gündəlik menyular olur.
Nəqliyyat
Interrail pass ilə bütün Avropanı qatarla gəzmək mümkündür. Şəhər daxilindəki ictimai nəqliyyat taksi ilə müqayisədə 10 qat ucuzdur.