Hər il milyonlarla insan fərqli ölkələrə səyahət edir. Ancaq bu səyahətlərin bir hissəsi pis planlama ucbatından problem yaradır. Gəlin, uğurlu bir səyahət üçün bilməli olduğunuz 5 vacib məqama baxaq.
1. Vizanızı vaxtında alın
Bəzi ölkələrə viza prosesi uzun sürə bilər. Xüsusilə Şengen vizası, Amerika vizası kimi tez-tez görüşdüyümüz vizalar üçün 4-6 həftə əvvəlcədən müraciət etmək tövsiyə olunur.
2. Tibbi sığorta alın
Tibbi sığorta olmadan xaricə getmək böyük risk daşıyır. Hər hansı bir qəza, xəstəlik zamanı xəstəxana xərcləri ölkədən asılı olaraq çox yüksək ola bilər.
3. Valyuta məsələsini həll edin
Hava limanında valyuta dəyişdirmək adətən ən baha üsuldur. Yerli bankdan əvvəlcədən dəyişdirmək və ya beynəlxalq bank kartı ilə getmək daha sərfəlidir.
4. Oteli əvvəlcədən sifariş edin
Mövsümi turizm dövründə, xüsusilə Dubay, Türkiyə, Avropa şəhərlərinə gedərkən, oteli əvvəlcədən sifariş etmək həm daha ucuz, həm də əmin-amanlıq yaradır.
5. Müvafiq sənədlər siyahısını hazırlayın
Pasport, viza, otel rezervasiyası, sığorta polisi, bilet — bunların hamısını bir qovluqda toplayın. Rəqəmsal nüsxəsini telefona yükləyin.